"Roma" Ceydon Sanço üçün son qərar vaxtı müəyyən edib. Əvvəlcə məlum olmuşdu ki, Roma təəmsilçisi "Mançester Yunayted"lə vingerin transferi üzrə razılığa gəlib, lakin futbolçunun razılığını hələ əldə edə bilməyiblər.
Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, A Seriyası klubu iki gün daha gözləməyə hazırdır və əgər bu müddət ərzində ingilislə müsbət cavab alınmasa, digər hədəflərə yönələcək.
Qeyd olunur ki, Krisensio Samervill ("Vest Hem"), Yeremaya ("Deportivo"), Abde Ezzalzuli ("Betis") və Eqinaldo ("Şaxtyor") artıq rədd olunub. Eyni zamanda, "Roma"nın A Seriyasında digər variantları da mövcuddur. Onların sırasında "Bolonya"dan Benhamin Dominqes də var.
saytlarin hazirlanmasi