“Qarabağ”ın keçmiş qapıçısı Andrey Lunyovun adı qalmaqalda hallanır.
Sportal.az xəbər verir ki, qapısını qoruduğu Moskva “Dinamo”sunun iştirak ərizəsinə düşə bilməyən kiper oyunu tribunadan izləyib.
Maraqlı məqam isə odur ki, futbolçunu göstərən zaman onun snyus qəbul etdiyi müşahidə edilib.
Bu da sosial mediada ciddi söz-söhbətə səbəb olub.
Lunyov zədəli olduğuna görə oyunlarda iştirak edə bilmir.
Onun istifadə etdiyi snyus isə son zamanlar idmançılar arasında populyarlaşan maddədir. Sadə dildə desək, snyus siqaretin saqqız formasıdır.
saytlarin hazirlanmasi