"Mançester Siti"nin futbolçusu Savinyo Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" braziliyalı vingeri transfer etməkdə israrlıdır. Bu barədə "Globo Esporte" məlumat yayıb.
Daha əvvəl 60 milyon avroluq təklifi rədd edilən paytaxt klubu "Mançester Siti"yə növbəti dəfə müraciət edəcək. "Tottenhem" 21 yaşlı oyunçu üçün "şəhərlilər"ə 80 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Mançester Siti" Savinyonu 2024-cü ilin yay transfer pəncərəsi zamani "Jirona"dan heyətinə qatıb. Braziliya millisinin üzvü Premyer Liqa təmsilçisinin forması ilə meydana çıxdığı 48 rəsmi matçda 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi