Aqil Abbas söz verdiyi qurbanı kəsdi -"Qarabağ"a görə

19:15 - 21 Avqust 2025

Millət vəkili Aqil Abbas ötən həftə verdiyi sözə əməl edərək qurbanlıq heyvan kəsdirib. 

Sportal.az xəbər verir ki, bu barədə Baku.ws-ə açıqlamasında deputat A.Abbas özü məlumat verib.

O bildirib ki, "Qarabağ"ın səfərdə "Ferentsvaroş"a qələbə qazanmasından sonra qurban kəsməklə bağlı verdiyi sözə əməl edib:

"Bəli, kəndimizdə qurban kəsdirdik və ətini ehtiyaclı insanlara payladıq. Açığı deyim ki, "Qarabağ"ın oyunlarına çox zaman qurban deyirəm və sonra kəsdirirəm. 

"Qarabağ"dan növbəti oyunlarda da qələbə gözləyirəm və uğur qazanacağına əminəm".

Xəbər xətti