"Bayer" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qara-qırmızılar" "Sevilya"dan Loin Badeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bayer" fransalı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 25 milyon avro təzminat ödəyəccək. 25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Sevilya" Loik Badeni 2023-cü ilin yanvar ayında "Renn"dən transfer etmişdi. Fransa millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi