Azərbaycanda iki klub birləşdi - SON DƏQİQƏ

17:46 - 20 Avqust 2025

Azərbaycanda iki klubun birləşməsi gündəmdədir.

Ötən mövsüm Region Liqasında mübarizə aparmış "Xudat"la II Liqanın iştirakçılarından "Şəki Siti"nin bir ad altında mübarizə aparması gözlənilir.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, tərəflər arasında bir müddət əvvəl başlamış danışıqlar artıq yekunlaşmaq üzrədir.

"Şəki-Xudat" adlandırılması gözlənilən komanda növbəti sezon II Liqada mübarizə aparacaq və I Liqaya iddialı olacaq.

"Xudat" Bəhmən Həsənovu baş məşqçi postuna gətirib. Xaricdə yaşayan iş adamı tərəfindən maliyyələşdirilən kluba bu yay kifayət qədər böyük maliyyə ayrılıb.

Xudatda deyil, Bakıda məskunlaşan kollektivə xeyli sayda yeni oyunçu cəlb olunub, onlara böyük miqdarda maaş fondu ayrılıb.

"Şəki"də isə bu cəhətdən vəziyyət ağırdır. İki mövsümdür ciddi maddi çətinliklər yaşayırlar.

Birləşmək təklifi "Xudat"dan gəlib. Bu çağırış da onlar tərəfindən qəbul edilib.

Xəbər xətti