"Qalatasaray"ın müdafiəçisi İtaliya klubunda - RƏSMİ

18:33 - 21 Avqust 2025

"Qalatasaray" müdafiəçi Viktor Nelssonu icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi danimarkalı futbolçunu İtaliyaya göndərib.

Nelsson 2025/2026 mövsümündə "Verona"nın formasını geyinəcək. A Seriyası klubu "Qalatasaray"a 650 min avro icarə haqqı ödəyəcək. İtalyanlar 8 milyon avro ödəməklə 26 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Roma"da çıxış edib.

Xəbər xətti