Mahir Emreli oynadı, komandası məğlub oldu

22:33 - 22 Avqust 2025

Almaniya II Bundesliqasında III turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Elversberq"in qonağı olub. Start heyətində meydanda çıxan Emreli 72-ci dəqiqə əvəzlənib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki,  "Kayzerslautern" 3 xalla turnir cədvəlində 13-cü pillədə yer alıb.

Xəbər xətti