"Neftçi" "İmişli" ilə heç-heçə etdi, "Sumqayıt" "Qarabağ"a qalib gəldi - YENİLƏNİB

21:25 - 22 Avqust 2025

Bu gün Misli Premyer Liqasında II tura start verilib.

Sportal.az xəbər verir ki, tur Şamaxıda başlayıb.

Açılış görüşündə "İmişli" və "Neftçi" komandaları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Ölkə çempionu "Qarabağ" isə "Sumqayıt"la qarşılaşıb. Qonaqlar rəqibini 1:0 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası
II tur
22 avqust

17:00. “İmişli” – “Neftçi” 0:0
Baş hakim: Rauf Cabarov
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt” 0:1
Qol:
Ronaldo Vaskez, 72
Baş hakim: Cavid Cəlilov
“Azersun Arena”

Qeyd edək ki, II turun digər matçları 23-25 avqust tarixlərində keçiriləcək.

Xəbər xətti