"Yuventus"un futbolçusu Duqlas Luiz İngiltərəyə geri qayıdıb.
Sportal.az xəbər verir ki, braziliyalı "Nottingem Forest"lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Duqlas 2025/2026 mövsümünü icarə əsasında Premyer Liqa klubunda keçirəcək.
27 yaşlı yarımmüdafiəçinin "Yuventus"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Vasko da Qama", "Mançester Siti", "Jirona", "Aston Villa" komandalarında oynayıb.
saytlarin hazirlanmasi