AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Sportal.az xəbər verir ki, Mehdiyeva Konfrans Liqasının pley-off mərhələsinin "Beşiktaş" (Türkiyə) -"Lozanna" (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.
Görüş avqustun 28-də İstanbuldakı "Türpaş" stadionunda təşkil ediləcək.
Komandalar arasında İsveçrədə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb. (Fanat.az)
saytlarin hazirlanmasi