Macarıstan mətbuatı “Qarabağ”ın Misli Premyer Liqasının 2-ci turu çərçivəsində evdə “Sumqayıt”a uduzmasını (0:1) şərh edərkən, “Ferenstvaroş”un Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündəki (1:3) şanslarını da dəyərləndirib.
Sportal.az xəbər verir ki, “ORIGO” nəşri “Qarabağ”ın evdə məğlubedilməz olmadığını yazıb:
"Ferentsvaros" üçün şad xəbər odur ki, "Qarabağ" evdə məğlubedilməz deyil. Onlar çempionata evdə "Sumqayıt"a gözlənilməz məğlubiyyətlə başladı.
2013/2014 mövsümündən başlayaraq 2020/2021 mövsümü istisna olmaqla, son çempionatları qazanan “Qarabağ” “Sumqayıt”a 0:1 hesabı ilə uduzub. Bununla belə, Qurban Qurbanovun futbolçularına yaxşı istirahət verdiyini qeyd etmək yerinə düşərdi: Budapeştdə oyuna başlayan əsas oyunçulardan heç biri çempionatda görüşün ilk dəqiqələrindən meydana çıxmadı. "Ferenstvaroş”la görüşə sonradan çıxan Kris Kuaku, Dani Bolt və Musa Qurbanlı bu dəfə əsas heyətdə şans qazanmışdı".