Millimizin üzvü 90 dəqiqə oynadı, komandası məğlub oldu

22:56 - 24 Avqust 2025

Futbol üzrə Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" səfərdə “Anyanq"la qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Qeyd edək ki, "Daejeon" 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti