"Ferentsvaroş" Bakıda məşqə çıxmayacaq

11:22 - 25 Avqust 2025

Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin Bakıda keçiriləcək cavab oyunu (ilk oyun - 3:1) öncəsi "Qarabağ" və "Ferentsvaroş" klublarının baş məşqçilərinin mətbuat konfranslarının vaxtı açıqlanıb.

Sportal.az xəbər verir ki, sabah saat 13:30-da Tofiq Bəhramov stadionunda Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 18:00-da Ağdam klubunun "Azərsun Arena" stadionunda son məşqi olacaq. 

Macarıstan çempionunun baş məşqçisi Robbi Kin saat 20:00-da Tofiq Bəhramov adına stadionda jurnalistlərlə görüşəcək. “Ferentvaroş”un Bakıda oyunöncəsi son məşqi planlaşdırılmayıb.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək. 
 

Xəbər xətti