"Ferenstvaroş" "Qarabağ"ın daha bir futbolçusuna "göz qoydu" - Yankoviçin oyunu Robbi Kini heyran edib

22:38 - 25 Avqust 2025

"Ferentsvaroş" klubu "Qarabağ"ın daha bir futbolçusuna maraq göstərir.

Sportal.az xəbər verir ki, macarlar Marko Yankoviçə diqqət yetiriblər. "Ferentsvaroş" onu hələ ötən qış heyətinə qatmağa cəhd edib, lakin futbolçunun özü "Qarabağ"da qalmağa üstünlük verib. Monteneqrolu yarımmüdafiəçi üçün yeni təklif irəli sürüləcəyi gözlənilr.

Çempionlar Liqasının pley-off mərhələsində  "Qarabağ" və "Ferentsvaroş" arasındakı ilk matçda Budapeştdə ağdamlılar 3:1 hesabı ilə qalib gəliblər. Cavab görüşü isə çərşənbə günü saat 20:45-də Bakıda keçiriləcək.

Xatırladaq ki, bu ilin əvvəlində "Ferentsvaroş" "Qarabağ"dan braziliyalı yarımmüdafiəçi Julio Romao­nu transfer etmişdi. Hazırda o, zədə səbəbindən meydana çıxa bilmir.(azerisport.com)

Xəbər xətti