Millimizin üzvü "Araz-Naxçıvan"da - RƏSMİ

17:06 - 25 Avqust 2025

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.


Xəbər xətti