Çempionlar Liqasına uğurlu start götürən “Qarabağ”ı indi liqa mərhələsindən cəmi bir oyun ayırır.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində Macarıstan təmsilçisi “Ferensvaroş”u mübarizədən kənarlaşdırsa, qitənin nəhəng klublarını Bakıya gətirəcək.
“Qarabağ” mərhələ adlayacağı təqdirdə, Liqa mərhələsinin püşkatması zamanı sonuncu – 4-cü səbətdə yer alacaq.
Düzdür, ağdamlıların əmsalı turnirə əsas raunddan başlayacaq “Atletik” (İspaniya) və “Nyukasl”dan (İngiltərə) çoxdur. Lakin 32,000-lik əmsal aşağı reytinqli komandalar sırasında yer almaq deməkdir.
Çempionlar Liqasında Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq.
saytlarin hazirlanmasi