"Özümüzü sübut etmək üçün hələ bir şansımız var" - "Ferentsvaroş"un prezidenti

14:41 - 26 Avqust 2025

UEFA Çempionlar Liqasının pley-off mrəhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un prezidenti Qabor Kubatov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, klub rəhbəri Azərbaycan çempionu ilə cavab görüşündə mərhələ keçmək şanslarını olduğunu bildirib:

"Özümüzü sübut etmək üçün hələ bir şansımız var. Hər futbolçumuzun fövqəlinsan performansına ehtiyac var. Bundan sonra mərhələ keçmək şansımız olacaq".

Qeyd edək ki, "Qarabağ" Macarıstandakı oyunda "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab görüşü sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti