Nemanya Matiç İtaliya klubunda - RƏSMİ

15:36 - 26 Avqust 2025

"Lion"dan ayrılan Nemanya Matiçin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək.

Matiç "Sassuolo" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyasına qayııdan kollektiv 37 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Nemanya Matiç ötən mövsüm "Lion"un heyətində 39 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti