"Fiorentina" 25 milyon avroya hücumçu transfer etdi

17:17 - 26 Avqust 2025

İtaliyanın "Fiorentina" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "bənövşəyilər" "Kalyari"dən Roberto Pikkolini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Fiorentina" italiyalı forvard üçün onun klubuna 25 milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Kalyari" Roberto Pikkolini 2024-cü ilin yayında "Atalanta"da heyətinə qatmışdı. İtaliya U-21 millisinin sabiq üzvü ötən mövsüm A Seriyasında meydana çıxdığı 37 matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti