"Borussiya" baş məşqçi Niko Kovaçla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi xorvatiyalı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
53 yaşlı çalışdırıcı ilə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Niko Kovaç bu ilin fevral ayında Dortmund təmsilçisinin baş məşqçisi təyin olunub.
saytlarin hazirlanmasi