"Jirona"nın müdafiəçisi Arnau Martines karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
London klubu Martines üçün 8+2 milyon avro təklif edib. Klubların razılıq əldə etməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, Arnau Martines "Jirona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyəətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi