"Qəbələ" Azərbaycan millisinin qapıçısını istəyir - gənc qolkiper seçim edəcək

11:48 - 25 Avqust 2025

"Neftçi"nin və Azərbaycan millisinin qapıçısı Rza Cəfərova daha bir təklif gəlib.

Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, 22 yaşlı qolkiper Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Belə ki, ona növbəti təklif "Qəbələ"dən gəlib. Cəfərovun bölgə klubuna icarə əsasında keçmək şansı yüksəkdir.

Öncədən bəlli olduğu kimi, Rzaya "Araz-Naxçıvan" da maraq göstərir. Elmar Baxşıyev onu sərəncamında görmək niyyətindədir.

Qarşıdakı günlərdə millimizin qapıçısının bu klublardan birinə keçəcəyi yoxsa, "Neftçi"də qalacağı daha da dəqiqləşəcək.

Xəbər xətti