Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, Türkiyədə qolsuz heç-heçə edən "Fənərbaxça" Portuqaliyada "Benfika"ya 0:1 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşmalı olub. İstanbul nəhəngi yoluna Avropa Liqasında davam edəcək.
Qeyd edək ki, digər 3 matçın nəticələrinə görə isə "Qarabağ", "Kopenhagen" və "Brügge" Çempionlar Liqasında yoluna davam edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
"Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) 1:0 (İlk oyun - 0:0)
Qollar: K.Aktürkoğlu,35
"Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) 2:0 (İlk oyun - 1:1)
Qollar: A.Kornelius,46, Y.Moukoko,84(pen)
"Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) 6:0 (İlk oyun - 3:1)
Qollar: N.Tresoldi,5, H.Vanaken,32, J.Seys,41, 45, A.Stankoviç,45+2, C.Tzolis,50
"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) 2:3
Qollar: Leandro Andrade, 25, Abdullah Zubir, 45 - Qabi Kaniçovski, 14, Varnabas Varqa, 55 (pen)
saytlarin hazirlanmasi