Millimizin qapıçısının yeni klubu bəlli oldu - bu ölkədə oynayacaq

18:32 - 27 Avqust 2025

"Sabah"dan ayrılan Yusif İmanovun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını Kosovoda davam etdirəcək.

İmanov "Malişeva" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Malişeva" Kosovo Superliqasında 2 turdan sonra 1 xal toplayıb.


Xəbər xətti