"Karvan-Yevlax" və "Araz-Naxçıvan" cərimələndi

14:11 - 27 Avqust 2025

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər xəbər verir ki, iclasda Misli Premyer Liqasının 2-ci turnunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

23.08.2025-ci il tarixində Misli Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” klubunun heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan-Yevlax” klubu 1500 manat cərimə edilsin (maddə 83.2);

24.08.2025-ci il tarixində Misli Premyer Liqasının II turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 43.1);

Xəbər xətti