Arne Slot Çempionlar Liqasının bugünkü püşkatmasından sonra "Liverpul"un qarşıdakı oyun cədvəli barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən "Liverpul"un baş məşqçisi Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri: “Real” , “İnter”, “Atletiko”, “Ayntraxt” , PSV, “Marsel”, “Qarabağ” və “Qalatasaray” haqqında maraqlı fikirlər səsləndirib:
" Əvvəlcə onu deməliyəm ki, ötən mövsümdə olduğu kimi, bu dəfə də çox çətin bir püşkdür. Amma bunu gözləyirdik, çünki Çempionlar Liqasında, xüsusilə də yeni formatda asan rəqib olmur. Amma aydın olan odur ki, bu püşk həm də çox həyəcanlıdır.
“Real”ı yenidən “Enfild”də qarşılamaq xüsusi hadisədir. Ötən mövsümün oyunu unudulmaz idi, bu dəfə də elə olacağını gözləyirəm. Bütün dünyanın izləyəcəyi görüş olacaq. Şəxsi olaraq isə, PSV ilə oynamaq xoşdur. onlar ardıcıl iki dəfə çempion olublar. Eyni şey Türkiyədə üç mövsüm ardıcıl çempion olan “Qalatasaray”a və Azərbaycanın çempionu “Qarabağ”a aiddir.
Həmçinin “İnter”, “Atletiko”, “Ayntraxt” və “Marsel” kimi komandalarla qarşılaşmaq bu turnirin gücünü göstərir.
Heç bir oyun asan olmayacaq, bu aydındır. Amma əminəm ki, azarkeşlərimiz “Enfild”dəki görüşləri və böyük arenalarda, fanatik azarkeşlər qarşısında keçiriləcək səfər oyunlarını səbirsizliklə gözləyirlər".
saytlarin hazirlanmasi