U-21 millimizin oyunu bu kanalda yayımlanacaq

17:52 - 5 Sentyabr 2025

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası  Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya seçməsinin qonağı olacaq.

Sportal.az xəbər verir ki, matçı hansı kanalın yayımlayacağı müəyyənləşib. Qarşılaşma “CBC Sport”un youtube kanalı vasitəsilə canlı olaraq təqdim olunacaq..

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Xəbər xətti