"Sabah" "Karvan-Yevlax"ı məğlub etdi, "Qəbələ" "Şamaxı"ya uduzdu - YENİLƏNİB

19:28 - 5 Oktyabr 2025

Misli Premyer Liqasında 7-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə hər iki qarşılaşma bölgədə baş tutub.

"Karvan-Yevlax" Şamaxı şəhər stadionunda "Sabah"ı qəbul edib və rəqibinə uduzub. 

"Qəbələ" isə evdə "Şamaxı" ilə bacarmayıb. 

Misli Premyer Liqası, 7-ci tur

5 oktyabr (bazar) 

“Karvan-Yevlax” – “Sabah” 0:2
Qollar:
Coy Lens Mikels, 31 (pen), Kahim Parris, 37
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Namiq Əliyev
Şamaxı şəhər stadionu 

“Qəbələ” – “Şamaxı” 0:1
Qol:
Apolinario 7 (p)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Qəbələ şəhər stadionu

Xəbər xətti