"Mənim ən böyük problemim odur ki, futbolçular sizə inanırlar" - Ruben Amorim

01:33 - 5 Oktyabr 2025

Ruben Amorim öz oyun sxemindən imtina etmək istəməməsinin səbəbini izah edib.

Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi “Sanderdlend”lə Premyer Liqanın 7-ci turundakı oyunundan (2:0) sonra bunları qeyd edib:

“Mən böyük bir klubun baş məşqçisiyəm. İndi KİV mənə nə edəcəyimi göstərəcək? Bu, mümkün deyil. Belə davam edə bilməz. Mənim ən böyük problemim odur ki, futbolçularım sizə – media nümayəndələrinə inanırlar, siz komandanın problemində sxemin günahkar olduğunu deyəndə. Bu, məni qıcıqlandırır, çünki mən komandamı görürəm.

Bu komanda illərlə başqa sistemdə oynayıb. O vaxt isə siz fərdiyyətin çatışmazlığından və ya başqa nədənsə danışırdınız, bilmirəm. Yəni məsələ sxemdə deyil. Məsələ xırda detalların və oyunumuzun necə qurulmasındadır".

Xəbər xətti