"Quba"dan "Şəki Siti"yə 4 qol - VİDEO

21:23 - 1 Dekabr 2025

Futbol üzrə Azərbaycan II LLiqasında XXI turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" öz meydanında "Quba"nı qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 26-ya yüksəldən "Quba" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 22 xalı olan "Şəki Siti" isə 4-cü yerdədir.

"Şəki Siti" - "Quba" 1:4
Qollar:
 C.İmamverdiyev, 64 - V.Cəfərov, 45+3, 88, 90+1, İ.İbrahimli, 53
Qırmızı vərəqə: S.Süleymanov, 72 ("Şəki Siti")

Xəbər xətti