Ukrayna Futbol Assosiasiyası (UFA) 2026-cı il dünya çempionatının seçmə oyunlarında baş vermiş intizam pozuntularına görə UEFA-dan rəsmi cəza alıb.
Sportal.az xəbər verir ki, Ukrayna – İslandiya (2:0) qarşılaşmasından sonra UEFA quruma 19 min avro məbləğində cərimə tətbiq edib. Sanksiyalar azarkeşin meydana daxil olması və tribunada pirotexnikadan istifadə edilməsi ilə bağlıdır.
Digər cəza isə Avro-2024-ün pley-off mərhələsində Bosniya və Herseqovina ilə keçirilən oyuna aiddir. Həmin görüş zamanı stadionda açılan “Rusiya terrorist dövlətdir” bannerinə görə UFA əlavə cərimə ödəməli olacaq.
Qeyd edək ki, Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-offunda növbəti oyununu 26 mart tarixində İsveç yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi
