"Mövsümün startında bir neçə matçda xallar itirdik. Amma hətta həmin oyunlarda belə, komandanın daha da güclənəcəyinə əmin idik. Çünki rəqiblərimizə heç bir oyunda hansısa komponentdə uduzmamışdıq. Düşünürəm ki, mövsümün ilk hissəsini müsbət qiymətləndirmək olar".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Abdulax Xaybulaev deyib.
O, komandasının 2025/2026 mövsümünün ilk hissəsindəki performansını dəyərləndirib. Bununla yanaşı, çempionluq şansları barədə danışıb: "Hazırda komanda olaraq yalnız növbəti oyuna diqqət yetiririk. Oyundan-oyuna təkmilləşdirməyə və yalnız buna diqqət yetirməyə çalışırıq”.
Milli komandamızın da aparıcı üzvünə çevrilmiş futbolçu "Sabah"da qalmaq istədiyini deyib: "Mən "Sabah" futbolçusuyam və uzun müddətdir ki, bu klubdayam. Bu klub mənə doğmadır. Hazırda yalnız komandam və qarşıdakı oyunlar haqqında düşünürəm”.
Mirbağırağa
saytlarin hazirlanmasi
