"Yuventus" heyətini argentinalı futbolçu ilə gücləndirməyə yaxındır.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, “qoca sinyora” “Bornmut”un müdafiəçisi Markos Senesi ilə maraqlanır.
İtaliya nəhəngi yayda argentinalını heyətinə pulsuz qata bilər. Məsələ burasındadır ki, Senesinin “Bornmut”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Markos “San Lorenzo”, “Feyenoord”da oynadıqdan sonra 2022-ci ildə “Bornmut”un heyətinə qoşulub.
