"Fənərbaxça" mövsümü sonunda onunla yollarını ayıracaq

13:22 - 4 May 2026

"Fənərbaxça" mövsümün sonunda bir neçə futbolçu ilə yollarını ayıracaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Edson Alvarezlə yoluna davam etməyəcəyinə qərar verib.

Belə ki, yayda “Fənərbaxça” meksikalının transfer hüquqlarına sahib çıxmaq niyyətində deyil. Meksika millisinin üzvü yayda “Vest Hem”ə geri qayıdacaq.

Alvarez “Amerika”, “Ayaks” klublarında oynadıqdan sonra 2025-ci ildə “Vest Hem”ə keçib. Edsonun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti