Bu gün Əvəzedicilər liqasının XXIV turunda “Qəbələ-2” səfərdə “Araz-Naxçıvan-2”ni 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, görüşdə hesabı "Qəbələ"nin futbolçusu Rəvan Əsədov açıb. Paulo Quimbila isə dubla imza atıb. Meydan sahiblərindən isə Nuran Muradlı fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 49-a çatdıran "Qəbələ" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Araz-Naxçıvan-2" isə 15 xalla sonuncu-onuncu sırada yer alıb.
saytlarin hazirlanmasi
