PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin uzadılması barədə danışıqlara başlayıb.
Sportal.az "L’Équipe"yə istinadən xəbər verir ki, Paris klubunun ispaniyalı mütəxəssislə hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Klub rəhbərliyi Enrike ilə 2030-cu ilə qədər yeni müqavilə imzalamağı planlaşdırır. İlkin danışıqlar sakit və müsbət atmosferdə keçirilir. PSJ rəhbərliyi, həmçinin, digər klubların baş məşqçiyə artan marağını nəzərə alaraq, Enrike ilə mövsümün sonuna qədər yeni razılaşma əldə etməyi ideal variant hesab edir.
Qeyd edək ki, Luis Enrike PSJ-ni 2023-cü ilin yayından çalışdırır. Onun rəhbərliyi altında Paris klubu tarixində ilk dəfə Çempionlar Liqasını qazanıb və ümumilikdə 9 titul əldə edib.
saytlarin hazirlanmasi
