"Mançester Siti" ilə müqaviləsi gələn ay başa çatan Bernardu Silva karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Atletiko" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Tərəflər gələcək əməkdaşlıqla bağlı müsbət danışıqlar aparıblar. Madrid klubu 31 yaşlı hücumameyilli yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib.
Qeyd edək ki, Bernardu Silva başa çatan mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 53 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
