"Roma"dan 25 milyon avroluq transfer - RƏSMİ

20:48 - 26 May 2026

"Roma" "Aston Villa"dan icarəyə götürdüyü Doniell Malenin transfer hüquqlarına yiyələnib.

Sportal.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.

Paytaxt klubu niderlandlı futbolçu üçün 25 milyon avro təzminat ödəyib. 27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Roma" Doniell Maleni bu ilin yanvarında icarəyə götürüb. Niderland millisinin üzvü "canavarlar"ın heyətində keçirdiyi 20 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti