"Monako" Felipe Luisin uyğun məşqçilik lisenziyasının olmaması səbəbindən cərimələr ödəməli ola bilər.
Sportal.az xəbər verir ki, daha əvvəl 40 yaşlı mütəxəssisin Liqa 1 təmsilçisinin baş məşqçisi olacağı və iki illik müqavilə imzalayacağı barədə məlumat yayılmışdı.
Braziliyalı məşqçi ilə "Bayer" də maraqlanırdı. Lakin Almaniya klubunun qarşısında ciddi problem yaranmışdı. Belə ki, Felipe Luisin yalnız CONMEBOL ölkələrində işləməsinə icazə verən məşqçilik lisenziyası var. Bu lisenziya hazırda Avropa ölkələrində baş məşqçi kimi fəaliyyət göstərmək üçün kifayət etmir.
Leverkuzen təmsilçisi məsələni UEFA ilə müzakirələr vasitəsilə həll etməyə çalışsa da, proses vaxt tələb etdiyindən məşqçi gözləmək istəməyib.
Buna baxmayaraq, "Monako" Filipe Luisin rəhbərliyi altında keçiriləcək hər oyun üçün 25 min avroya qədər cərimə ödəməyə hazırdır.
Qeyd olunur ki, CONMEBOL lisenziyası sahibi üç il baş məşqçi kimi çalışdıqdan sonra avtomatik olaraq UEFA lisenziyası ilə eyni status qazanır. Filipe Luis isə təxminən bir il yarım ərzində CR Flamengoun baş məşqçisi olub.
saytlarin hazirlanmasi
