İngiltərə klubu "Real"a 90 milyon avroluq təklif göndərəcək

19:40 - 3 İyun 2026

"Real"ın yarımmüdafiəçisi Federiko Valverde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" uruqvaylı oyunçunu transfer etmək istəyir. Bu barədə "El Chiringuito" məllumat yayıb.

"Şəhərlilər" 27 yaşlı futbolçu üçün İspaniya klubuna 90 milyon avroluq təklif göndərməyi planlaşdırırlar.

Qeyd edək ki, "Real" Federiko Valverdeni 2016-cı ilin yayında "Penyarol"dan transfer edib. Uruqvay millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti