"Yuventus" "Mançester Yunayted"dən 45 milyon avro tələb edir

20:21 - 3 İyun 2026

"Yuventus"un müdafiəçisi Pyerr Kalulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

İtaliya klubu Kalulunu bir şərtlə satmağa hazırdır. Onlar 25 yaşlı mərkəz müdafiəçisi üçün 45 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Yuventus" Pyerr Kalulunu 2014-cü ilin yayında "Milan"dan transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti