“Bavariya” Maykl Oliseni “Real"a buraxmaq niyyətində deyil.
Sportal.az xəbər verir ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peres seçkilərdə qalib gələcəyi təqdirdə top-klublardan birinin futbolçusu üçün ən azı 150 milyon avro təklif etməyə hazır olduğunu bildirmişdi. O, söhbətin Olisedən getdiyini inkar etsə də, bir neçə nəşr məhz “Bavariya”nın cinah hücumçusunu nəzərdə tutduğunu yazmışdı.
Münhen təmsilçisi futbolçunu nə 150, nə də 200 milyon avroya satmağı düşünmür. Hazırda isə Mayklın özü “Bavariya”da qalmaq, yoxsa “Real"a keçmək istədiyi barədə dəqiq məlumat yoxdur.
Olise ötən mövsüm Bundesliqa çərçivəsində 32 oyunda iştirak edib, 15 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
