"Nyukasl" İspaniya millisinin üzvü üçün təklif göndərdi

20:12 - 6 İyun 2026

Entoni Qordonu "Barselona"ya satan "Nyukasl" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Osasuna"da çıxış edən Viktor Munyosu transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

"Nyukasl" 22 yaşlı vinger üçün İspaniya klubuna 35 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, "Osasuna" Viktor Munyosu 2025-ci ilin yayında "Real"dan 5 milyon avroya transfer edib. İspaniya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti