"Tottenhem"in kapitanı Kristian Romero Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə jurnalist Qaston Edul məlumat yayıb.
"Qırmızı şeytanla" Romero üçün yaxın günlərdə London klubuna təklif göndərməyi planlaşdırır. 28 yaşlı mərkəz müdafiəçisi klubunu dəyişməyə müsbət yanaşır.
Qeyd edək ki, Kristian Romero 2021-ci ilin yayından "Tottenhem"tə çıxış edir. Argentina millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 4 məhsuldarr ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
