PSJ yaxın vaxtlarda Xviça Kvаrаtsxeliya ilə yeni müqavilə üzərində işə başlamaq niyyətindədir.
Sportal.az xəbər verir ki, bu barədə "Transfer News Live" agentliyi məlumat yayıb.
Fransa klubunun rəhbərliyi gürcüstanlı futbolçunun çıxışını, eləcə də onun peşəkar və şəxsi keyfiyyətlərini yüksək qiymətləndirir. Parisdə futbolçunun işinə olan münasibətindən razıdırlar və onu komandanın gələcəyinin mühüm hissəsi hesab edirlər.
PSJ Kvаrаtsxexiyaya yeni müqavilə təklif etməyi planlaşdırır. Klub 25 yaşlı vingeri uzunmüddətli layihəsinin əsas icraçılarından biri kimi nəzərdən keçirir.
Qeyd edək ki, PSJ Xviça Kvaratsxeliyanı 2025-ci ilin yanvarında "Napoli"dən 80 milyon avroya transfer edib. Gürcüstan millisinin üzvü Çempionlar Liqasında 2025/26 mövsümünün ən yaxşı oyunçusu seçilib.
saytlarin hazirlanmasi
