Seçimlərdə "Bavariya"nın üzvləri öndə
Almaniyada ilin futbolçusu və baş məşçisi seçimi yekunlaşıb.
Sportal.az xəbər verir ki, "Kicker" jurnalının hər il təşkil etdiyi seçimlərdə "Bavariya"nın təcrübəli yarımmüdafiəçisi Bastian Şvaynştayger ilin ən yaxşı futbolçusu olub. Münhen klubunun digər oyunçularından Frank Riberi ikinci, Tomas Müller isə üçüncü olub.
Bundesliqa və UEFA Çempionlar Liqasının qalibi olan və Almaniya kubokunu qazanan Yup Heynkes isə ilin ən yaxşı baş məşqçisi seçilib.
saytlarin hazirlanmasi