4 "Neftçi" azarkeşi həbs edildi

22:17 - 30 Avqust 2014

Fanatlar həbs edilib
 
Artıq "Neftçi" azarkeşlərindən 4 nəfərin həbs olunması təsdiqini tapıb. 
 
Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, Neftçi azarkeşlərindən Zamin Әliyev 15 gün, Sübhan Әliyev 20 gün, Cәmil Mustafazadә 20 gün, Qәdir Qәdirov isə 90 gün müddətində həbs olunub. Qədir Qədirovun cəzasının bu qədər ağır olmasına onun Facebook sosial şəbəkəsində qızışdırıcı statuslar yazması da səbəb olub. (Buna görə 30 gün cəza verilib). Qeyd edək ki, dünəndən etibarən 100-ə qədər  "Neftçi" azarkeşi Serbiya səfirliyinin şikayəti səbəbindən nəzarətdə saxlanılırdı. Onların bir hissəsi sərbəst buraxılmışdı. Bu gün də digər azarkeşlər sərbəst buraxılıb.

Xəbər xətti