"Neftçi"nin futbolçusu komanda ilə vidalaşıb Türkiyəyə yollandı

00:24 - 31 Avqust 2014

Cavidin yeni komandası məlum oldu
 
Azərbaycan milli komandasının sabiq üzvü Cavid İmamverdiyev karyerasını Türkiyə birinci divizionunda davam etdirəcək. Müqavilə ilə "Neftçi”yə məxsus olan futbolçu birinci divizionun iddialı klublarından olan, ötən il Superliqada oynamış "Elazığspor”la anlaşıb.

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, bu gecə Türkiyəyə yollanacaq Cavid İmamverdiyev qardaş ölkə klubunda icarə müqaviləsi əsasında oynayacaq. Bu komandanın baş məşqçisi bir vaxtlar "Fənərbaxça"Nın kapitanı olan Ümit Özatdır.
 
Qeyd edək ki, Cavidin bundan öncə "Ankaraspor”a keçmək şansı olsa da, bu məsələ son anda reallaşmamışdı.

Xəbər xətti