"Araz Naxçıvan" Premyer Liqada çıxışını dayandırır!

14:11 - 31 Avqust 2014

Bunun səbəbləri nədir?
 
"Araz-Naxçıvan" çempionatdan çəkilir.
 
Sportal.az xəbər verir ki, bu barədə klub rəsmi bəyanat yayıb. Həmin bəyanatı diqqətinizə çatdırırıq:
 
Cari mövsümdən etibarən  Premyer Liqada çıxış edən "Araz-Naxçıvan" PFK çempionatdan çəkilmək qərarına gəlib. Buna səbəb komandanın son iki turda üzləşdiyi hakim səhvləridir. İlk olaraq, Qəbələdə keçirilən (2-ci tur) matçda hakim Rəhim Həsənovun 19-cu dəqiqədə qayda pozuntusu olmadan "Araz-Naxçıvan"ın qapısına təyin etdiyi penalti komandanın məğlub olmasına səbəb olmuşdur. Buna etiraz etməyən klub növbəti turda da eyni aqibətlə üzləşdi. Bu dəfə "Sumqayıt"la 4-cü turda keçirilən matçda referi Ömər Paşayevin qərəzli qərarları "qırmızı-ağlar"ı çempionatdan çəkilməyə vadar edib. Oyun ilk hissəsinin son dəqiqlərində rəqib qapısına gedən topu müdafiəçilər əli ilə qapı xəttindən çıxarsalar da, hakimin qərarı ağ nöqtə yox, künc zərbəsi olub. Görüşün son dəqiqəsində isə qapı xəttini keçmiş topu referi Paşayev qeydə almayıb. Səbəb kimi isə rəqib qapıçıya müdaxiləni göstərib. Qeyd edək ki, oyunun hakim-inspektoru Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov olub. 
 
Məlumat üçün bildirək ki, bunu klubun rəsmi facebook səhifəsi yayıb.

Xəbər xətti